phrase_var_article.
Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?BUTA.TV Medicina.az-a istinadən bu bitkinin faydalarını təqdim edir: - Berqamotun xoş qoxusu bədəndə aromaterapiya effekti yaradaraq stressi azaltmağa kömək edir;
- Çay şəklində istehlak edildikdə əsəbilik və gərginlik kimi mənfi emosional halları aradan qaldırır; - Polifenollarla zəngin olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir; - Orqanizmi toksinlərdən təmizləyir; - İmmunitet sistemini dəstəkləyir; - Ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var. Damar tıxanmasının qarşısını alır; - Güclü antioksidant təsiri ilə pis xolesterin səviyyəsini aşağı saldığı bilinir; - Çay şəklində istehlak edildikdə, arıqlama prosesinə kömək edir; - Tərkibində az miqdarda kofein olduğu üçün enerji verir; - Dəri sağlamlığına faydalıdır. Antioksidant təsiri ilə bədəndən zərərli maddələri çıxararaq yaşlanma əleyhinə effekt verir; - Həzm sistemini tənzimləyərək həzmsizlik və qəbizlik problemlərinə yaxşı təsir edir; - Berqamot yağı hamam suyuna əlavə edildikdə qızdırmasalıcı təsir göstərir; - Antiseptik xüsusiyyətləri sayəsində ağız yaralarının sağalmasına və ağız qoxusunun yox olmasına kömək edir; - Masaj yağı olaraq istifadə edildikdə rahatlama təmin edir və stressdən yaranan ağrıları aradan qaldırır;
- Berqamot ürəyi qoruyur və qan təzyiqini tarazlaşdırır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.